“Bakı”nın sabiq baş məşqçisi Vinfred Şafer karyerasını bərpa edir.
Futbolinfo.az xəbər verir ki, almaniyalı bundan sonra Qanada çalışacaq.
Ancaq 75 yaşlı mütəxəssis artıq məşqçi kimi fəaliyyət göstərməyəcək. O, Qana millisinin məsləhətçisi, həmçinin yerli federasiyanın futbol direktoru olacaq. Bir sözlə, Şafer Qana futbolunun inkişafına nəzarət edəcək.
Qeyd edək ki, Vinfred Şafer 2010-11 mövsümündə ölkəmizdə “Bakı”ya rəhbərlik edib.