UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yekun vuruldu. Artıq birbaşa 1/8 finala yüksələnlər, pley-offda oynayacaq komandalar və mübarizəni dayandıranlar bəllidir.

1/8 finala birbaşa vəsiqə qazananlar: “Liverpul” (İngiltərə), “Barselona” (İspaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya), “Atletiko” (İspaniya), “Bayer” (Leverkuzen, Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə);

Pley-offda oynayacaq komandalar: “Atalanta” (İtaliya), “Borussiya” (Dortmund Almaniya) , “Real” (İspaniya) , “Bayern” (Almaniya), “Milan” (İtaliya) , PSV (Niderland) , PSJ (Fransa), “Benfika” (Portuqaliya), “Monako” (Fransa), “Brest” (Fransa) , “Feyenoord” (Niderland), “Yuventus” (İtaliya), “Seltik” (Şotlandiya), “Mançester Siti” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Brügge” (Belçika);

Mübarizəni başa vuranlar: “Dinamo” (Zaqreb, Xorvatiya), “Ştutqart” (Almaniya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Bolonya” (İtaliya), “Srvena Zvezda” (Serbiya), “Şturm” (Avstriya), “Sparta” (Çexiya), “Leypsiq” (Almaniya), “Jirona” (İspaniya), “Zalsburq” (Avstriya), “Slovan” (Slovakiya), “Yanq Boys” (İsveçrə).

ÇL-də pley-offun ilk oyunları 11-12 fevral tarixlərində, cavab görüşləri 18-19 fevralda keçiriləcək. 1/8 finalın ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

Shares: