“Qalatasaray” Hakim Ziyeşlə yollarını ayırıb. Türkiyə çempionu 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Baş məşqçi Okan Burukla yola getməyən cinah oyunçusu İstanbul təmsilçisində qalmaq istəmirdi. Mərakeşli futbolçu yeni iş yeri tapan kimi klubla ortaq məxrəcə gəlib. Qətərin “Əd-Duhail” klubu ilə razılığa gələn Ziyeş tezliklə rəsmi müqavilə bağlayacaq.

2023-cü ilin yayından “Qalatasaray”da oynayan Hakim meydana çıxdığı 34 oyunda 8 qol, 5 asistlə yadda qalıb.

Shares: