Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun baş məşqçisi Stiven Cerrard postundan ayrılacaq. İngiltərəli mütəxəssis şəxsi işləri səbəbindən istefa verəcək.

Tezliklə tərəflər arasında müqaviləyə xitam verilməsi gözlənilir. 2023-cü ildən “Əl-İttifaq”a rəhbərlik edən sabiq yarımmüdafiəçi rəhbərlikdən ona xələf tapılmasını xahiş edib.

Qeyd edək ki, Cerrard daha əvvəl “Reyncers” (Şotlandiya) və “Aston Villa” (İngiltərə) klublarını çalışdırıb.

Shares: