UEFA Çempionlar Liqasında XXI əsrin rekordu qeydə alınıb. Bu, turnirin Liqa mərhələsinin VIII turunda gerçəkləşib.
Bir oyun günündə 64 qol vurulub. Daha əvvəl belə göstərici qeydə alınmayıb.
Turnir tarixinin rekordu isə 1970-ci ildə qeydə alınıb. Həmin vaxt Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) bir gündə 66 qol vurulmuşdu.
Qeyd edək ki, qitənin bir nömrəli klub turnirində pley-off mərhələsinin püşkü sabah atılacaq.