Çempionlar Liqasında pley-offun püşkü sabah atılacaq. Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edəcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Lakin artıq indidən təxmini cütlər bəllidir.

Məsələ onadır ki, yeni reqlamentə görə hər klub üçün 2 mümkün rəqib var. Liqa mərhələsində 9-10-cu yeri tutanlar 23-24-cü yerlərlə üz-üzə gələcək. 11-12-ci yer sahibləri 21-22-ci, 13-14-cü olanlar 19-20-ci, 15-16-cı pillədə qərarlaşanlar 17-18-ci ilə qarşılaşacaq.

Bu raundun mərkəzi oyunu “Mançester Siti”nin iştirakı ilə olacaq. İngiltərə klubu ya “Real”, ya “Bayern” ilə üz-üzə gələcək.

Pley-off mərhələsi

“Monako”/“Brest” – PSJ/“Benfika”

“Sportinq”/“Brügge” – “Atalanta”/“Borussiya” D

“Seltik”/“Mançester Siti” – “Real”/“Bayern”

“Yuventus”/“Feyenoord” – PSV/“Milan”

Qeyd edək ki, pley-off matçları fevralın 11-12-də və 18-19-da keçiriləcək.

FGT - Futbolinfo.az
Shares: