ABŞ-da qəzaya uğrayan təyyarənin göyərtəsində valideynlər və məşqçilərindən başqa ən azı 14 idmançı olub.
Bu barədə fiqurlu konkisürmə üzrə ABŞ millisinin üzvü Con Maravilla məlumat verib.
“Özümü çox pis hiss edirəm. Xoşbəxtlikdən bu, mənim reysim deyildi, amma mən o təyyarədə olan bir neçə idmançını, məşqçiləri və ailələrini tanıyıram… Ad çəkmək istəmirəm, amma təyyarədə valideynlərini nəzərə almasaq, təxminən 14 idmançı var idi”, – deyə Maravilla qeyd edib.
Bu gün, yanvarın 30-da “American Airlines”ın 5342 saylı reysi Viçitadan havaya qalxaraq Vaşinqton yaxınlığında qəzaya uğrayıb. Hərbi helikopterlə toqquşma uçuş-enmə zolağına yaxınlaşarkən baş verib.