Kolumbiyada qadınlar arasında keçirilən futbol matçı zamanı bir neçə nəfərin həyatının itirilməsi ilə nəticələnən faciə baş verib.

Faciəyə səbəb adamların gizləndiyi ağaca dəyən ildırım olub. Nəticədə 5 nəfər ölüb, daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fövqəladə hadisə fevralın 9-da günorta saatlarında ölkənin qərb departamentlərindən biri olan və Sakit okean sahilində yerləşən Kaukada baş verib. Real adlı kənddə qadınlar arasında futbol turnirinin final görüşü baş tutub. Hadisə şahidlərinin sözlərinə görə, oyun zamanı güclü yağış başlayıb – tamaşaçıların bir qismi ildırım vuran ağacın altına sığınıb.

İldırım nəticəsində 4 nəfər hadisə yerində, biri isə xəstəxanaya aparılarkən həlak olub.

Shares: