“Böyük Dəbilqə” turnirlərinin üçqat çempionu, dünya reytinqinin bir nömrəsi Yannik Sinner ATP reytinqinin ilk sırasında olmaq üzrə həftələrin sayına görə Karlos Alkarasa çatıb. Hər iki tennisçi 36 həftə ərzində dünya reytinqinin zirvəsində olub.
Qeyd edək ki, italyan tnnisçi ardıcıl 36 həftədir ki, reytinqin birinci pilləsindədir. Fevralın 10-na olan məlumata görə, Yannikin aktivində 11,830 xalı var. Alkaras 7510 xalla ATP reytinqində üçüncü pillədə qərarlaşıb.
Əlavə edək ki, bazar günü ispan tennisçi Rotterdamda ATP-500 turnirinin çempionu olub. O, Avstraliyanı təmsil edən Aleks de Minauru məğlub edib. Qarşılaşma 6:4, 3:6, 6:2 hesabı ilə Alkarasın xeyrinə başa çatıb.