Formula 1-in yarış direktoru Rui Markeş 2025-ci il mövsümündə vəzifəsində qalacaq. Bu barədə “The Race” məlumat yayıb.

Mənbənin sözlərinə görə, FİA Markeşin 2025-ci il mövsümünün son üç yarışındakı fəaliyyətini uğurlu sayıb və onu qarşıdakı mövsümdə də bu vəzifədə saxlamaq qərarına gəlib.

Eyni zamanda, FİA gələcəkdə yarış direktorlarının rotasiyasını həyata keçirmək istəyir. Bunun üçün altı yarış direktoru və altı stüardın iştirak edəcəyi təlim proqramı başlayıb.

Shares: