Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi baş məşqçinin istəyinə əsasən, Renat Dadaşovu əsas heyətdən kənarlaşdırmışdı.

Bu komandada daha bir azərbaycanlı futbolçu – Həsən Nəzərov da çıxış edir.

“Ankaragücü” 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.

Shares: