Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Fettel kənd təsərrüfatı sahəsində təhsil alır. “F1-Insider”in verdiyi xəbərə görə, alman İsveçrədə aqronomluq ixtisasına yiyələnir.
Fettelin şəxsi ferması var. Təhsil ona daha yaxşı biznes qurmağa kömək edəcək. Fettelin təliminə bitkiçilik, heyvandarlıq məhsulları istehsalı, marketinq, kənd təsərrüfatı siyasəti və biznesin idarə edilməsi üzrə biliklər, həmçinin mühasibat uçotu və kreditləşmə üzrə elmlər daxildir.
Sebastyan 2024-cü ilin dekabrında yazılı imtahanları verib. Şifahi imtahanlar bu ilin aprel və may aylarında olacaq.