“Kəpəz”də problem həll olunub. Klubdan imtina etmək istəyən yeni sponsorlar fikrini dəyişib.
Futbolinfo.az xəbər verir ki, klubu himayəsinə götürmək istəyən şirkət sənədləşdirmə işlərindəki bürokratik əngəllərə görə tərəddüd edirdi. Klubun İdarə Heyətində təmsil olunanlar postundan ayrılmaq istəmir, yeni rəhbərlikdə təmsil olunmağa can atırdılar. Lakin yeni sponsorlar buna razı olmadı, hətta geri çəkiləcəklərini bildirdi. Yalnız bundan sonra həm onlar inadından əl çəkdi, həm də AFFA klubdakı payından imtina etdi.
İndi klubun yeni sahiblərinə qovuşması üçün heç bir əngəl qalmayıb. İndiyədək “Kəpəz”ə yarım milyon manata yaxın vəsait xərcləyən adı gizli saxlanan şirkət yeni mövsüm üçün plan qurmağa başlayıb. Yeni mövsümdə gəncəlilərin büdcəsi 6-8 milyon manat olacaq. Bunun 3 milyonu ayrılan dövlət yardımıdırsa, qalanını yeni himayədarlar təmin edəcək.