Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 11-ci tura bu gün start veriləcək.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Milli Aviasiya Akademiyası” “Azərreyl”lə üz-üzə gələcək. Daha sonra “Murov Az Terminal” UNEC-i sınağa çəkəcək.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Yüksək Liqa
11-ci tur
14 fevral
16:00. “Milli Aviasiya Akademiyası” – “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” – UNEC
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
Tura sabah keçiriləcək “Gəncə” – “Abşeron” görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə İdman Sarayında baş tutacaq.