Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqının Rusiya Olimpiya Komitəsinə (ROK) və Rusiyanın iki futbol klubuna qarşı sanksiyalar tətbiq etməsinə icazə vermədiklərini bildirib.
“Biz Rusiya Olimpiya Komitəsinin və iki futbol komandasının sanksiya siyahısına daxil edilməsinin qarşısını aldıq. Avropa İttifaqının Ukraynadakı müharibəyə görə Rusiya futbol komandalarına qarşı sanksiyalar tətbiq etməsi, bütün Aİ sistemini ələ salmaq olardı”, – deyə Siyarto M1 telekanalına müsahibəsində qeyd edib.
Xarici işlər naziri əlavə edib ki, Macarıstan hökuməti Rusiya MOK və futbol klublarına qarşı sanksiyaların tətbiqinin qarşısını almaqla azacıq da olsa, “Avropa İttifaqının şərəfini xilas edib”.