17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.

Futbolinfo.az xəbər verir ki, yer aldığı B qrupunu 6 xalla ikinci pillədə tamamlayan millimiz A qrupunda eyni xalla ikinci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq.

Görüş fevralın 21-də, Bakı vaxtı ilə saat 15:40-da keçiriləcək.

U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Shares: