“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda ilk oyuna çıxıb. ABŞ klubu “Sportin Kanzas-Siti” ilə qarşılaşıb.
Matç mayamililərin qələbəsiylə başa çatıb. Görüşdə yeganə qolu 56-cı dəqiqədə Lionel Messi vurub. Bu, onun ilin rəsmi oyunlarındakı ilk və karyerasının 851-ci qolu olub.
Komandalar arasındakı cavab oyunu fevralın 25-də keçiriləcək.