Milli Basketbol Asosasiyasında bu gecə bir oyun baş tutub. Los-Anceles şəhərində “Leykers”in qonağı “Şarlot Horhents” olub. Oyun qonaq komandanın qələbəsi ilə başa çatıb – 100:97.

Meydan sahiblərinin heyətində 40 yaşlı Lebron Ceyms dabl-dabl edib. Onun aktivində 26 xal və 11 asist var. Həmçinin, Lebron 7 dəfə də ribaund edib. Komandanın yeni üzvü Luka Donçiç də dabl-dabla imza atıb. Sloveniyalı basketbolçu qarşılaşmanı 14 xal, 11 ribaund və 8 məhsuldar ötürmə ilə tamamlayıb.

Əlavə edək ki, bu, “Leykers”in ardıcıl ikinci məğlubiyyətidir. Komanda hazırda 6-cı pillədə qərarlaşıb. Son 4 oyunda ilk qələbəsini qazanan “Hornets” isə autsayderdir.

Shares: