Bir neçə gündür sosial şəbəkələrdə “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin müxtəlif klublardan təklif aldığı barədə xəbərlər yayılıb. İtaliyanın məşhur klublarından “Torino”, A Seriyasının digər komandası “Komo”, Polşanın “Lex” (Poznan) və Macarıstanın “Ferentsvaroş” klublarının Azərbaycan yığmasının üzvü üçün hərəkətə keçdiyi bildirilir.

Lakin maraqlıdır ki, “Qarabağ” rəsmiləri bu xəbərləri açıqlamalarında təkzib ediblər. Onlar Cəfərquliyev üçün heç bir rəsmi təklif almadıqlarını bildiriblər. Buna baxmyaraq, sosial şəbəkələrdə bu mövzu səngimək bilmir.

Bunları nəzərə alaraq, adıçəkilən klublara “Sizin klubunuzun Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyevi transfer etmək istədiyi barədə xəbərlər var. Adıçəkilən futbolçu ilə maraqlanmısız və ya onu tanıyırsız” sualını ünvanladıq.

d86bafbd d428 4111 98ae 85ec5c588628 - Futbolinfo.az

“Komo” klubunun idman direktoru Karlalberto Ludi cavabında futbolçunu tanımadığını bildirdi: “Xeyir, üzr istəyirəm, amma mən bu futbolçunu tanımıram”.

7b0266f3 ca68 468f 8335 6e4ef17b225a - Futbolinfo.az

“Lex”in mətbuat xidmətinin rəhbəri Maciej Hensz isə futbolçunu tanısa da, transfer barədə xəbəri təkzib etdi: “Əlbəttə ki, Elvin Cəfərquliyevi tanıyıram. Çünki biz “Qarabağ”a qarşı oynamışıq və o da heyətdə olub. Amma azərbaycanlı müdafiəçini transfer edəcəyimiz xəbərləri doğru deyil”.

0fedcf4b da2e 4ea6 856a 8000607fa52f - Futbolinfo.az

“Torino” klubunun idman direktoru Davide Vaqnati də Elvini tanımadıqlarını açıqladı: “Xeyr, onu tanımıram və maraqlanmamışıq”.

“Ferentsvaroş” klubundan isə suala ümumiyyətlə cavab vermədilər.

Cəfərquliyev hazırda Azərbaycanın ən yaxşı oyunçularından biri olsa da, bu cür xəbərlərin yayılması onun karyerasına zərər vura bilər. Amma müdafiəçiyə marağın olduğu dəqiqdir. Yəqin ki, yayda Cəfərquliyevin transferi ilə bağlı daha çox xəbər eşidəcəyik.

AĞA

Shares: