40 yaşlı britaniyalı sürücü və Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Həmilton “Ferrari”yə keçməsindən danışıb.
“Ferrari” ilə bağlı beynimdə ən kiçik bir şübhə və ya sual belə yoxdur. Qərarımın doğruluğuna inanıram. Mən doğru zamanda doğru yerdəyəm və burada olmaqdan, bu komandaya qoşulmaqdan və bu komandanı qurmaq və onun böyük tarixini davam etdirmək üçün işləməkdən şərəf duyuram.
İlk gün hamı həyəcanlı idi. Londonda səhnəyə qırmızı kombinezonda çıxmaq məni də həyəcanlandırmışdı. Azarkeşlərlə yaşaya bilmək tamam başqa şeydir. “Ferrari” sürücüsü olmaq ilə bu komandaya rəqib olmaq arasında fərq böyükdür”, – deyə pilot “Motorsport Italia”ya müsahibəsində qeyd edib.