Beynəlxalq Avtomobil Federasiyası (FIA) fevralın 18-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Formula 1 komandalarının ümumi təqdimat mərasimindən narazı qalıb. Bu barədə müxtəlif avtoidman insayderləri məlumat yayıblar.
“Mənbələr FİA-nın “O2 arena”da dünənki şoudan narazı qaldığını bildirdi. Əsas narazılıq FİA ilə bağlı deyildi. Azarkeşlərin Maks Ferstappen və Kristian Horneri fitə basması xoşagəlməz oldu. Qruplaşma FİA tərəfindən heç vaxt alqışlanmayıb. Blə şeylər internetdə təhqirlərə yol açır. Təşkilat bu mövzuya çox ciddi yanaşır, belə ki komandalar bu zorakılığın nə qədər iyrənc ola biləcəyini qeyd edir”, – deyə tanınmış insayder Maher sosial media hesabında yazıb.