Şahmat üzrə on altıncı dünya çempionu, norveçli Maqnus Karlsen cins şalvarını hərraca çıxarıb. Xatırladaq ki, məhz bu şalvara görə o, rapid üzrə dünya çempionatında geyim qaydalarını pozmuşdu. Buna görə də Karlsen diskvalifikasiya edilmişdi.

Norveçli qrossmeyster cəzalandıqdan sonra artıq Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında keçirilən turnirlərdə iştirak etməyəcəyini bildirib.

“Qadağan olunmuş Cins şalvar” artıq sizin ola bilər. Cins şalvarımı hərraca çıxarıram. Bunu yazacağımı heç düşünmürdüm. Bütün gəlir xeyriyyə fonduna gedəcək”, – deyə şahmatçı X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Shares: