Dortmund “Borussiya”sı Almugera Kabarla yeni müqavilə bağlayacaq. Almaniya klubu 18 yaşlı yetirməsini itirmək istəmir.
Futbolinfo.az xəbər verir ki, “Milan”ın israrla transfer etmək istədiyi istedadlı gənc bu mövsümdən əsas komandaya cəlb edilib. “Borussiya” onu qazanmaq üçün daha çox oynatmaq niyyətindədir. Bu səbəbdən sol cinah müdafiəçisi ilə anlaşmanın müddəti 2028-ci ilin iyununadək uzadılacaq.
Liviya əsilli müdafiəçi özü də Dortmundda qalmağa can atır.