Vitor Roke Braziliyaya qayıda bilər. “Barselona” ümidləri doğrultmayan hücumçusunu satmağın əleyhinə deyil.
Futbolinfo.az xəbər verir ki, 19 yaşlı forvarda “Palmeyras” müştəri düşüb. Cənubi Amerika klubu Rokeni vətənə qaytarmaq, hədəflərinə çatmaq üçün ondan faydalanmaq, daha sonra isə yenidən Avropaya satmaq niyyətindədir.
İspaniya nəhəngi “Kruzeyro” yetirməsi olan Vitoru Paranaense “Atletiko”sundan ötən ilin yanvarında 30 milyon avroya almışdı. Hücumçu “Barselona”da heyətə düşmədiyindən yayda “Betis”ə icarəyə verilib. Dəyəri yarıbayarı düşən Roke özü də vətənə qayıtmaq niyyətindədir.
Katalonlar 2031-ci ilədək müqaviləsi olan hücumçunu satmağa razıdır, lakin bu məsələdə “Betis” də qərar verməlidir. Sevilya klubu onu icarəyə götürərkən müqaviləyə satınalma bəndi saldırıb. Ona görə də futbolçu haqda ilk qərarı vermək hüququ “Betis”ə aiddir.