Tərtər Olimpiya İdman Kompleksində boks üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.

Yarışın açılışında dövlət himnimiz səslənib, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışın keçirilməsində əsas məqsəd perspektivli idmançıların aşkar edilməsi və boks idman növünün inkişafına təkan verməkdən ibarət olub.

Birincilikdə ümumilikdə 30 idmançı qalib adı uğrunda yarışıb. Yekunda qalib idmançılar müvafiq dərəcəli diplomlarla təltif ediliblər. Qaliblər Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıb.

BƏHRUZ MUSAYEV

Shares: