Bədii gimnastika üzrə dünya və Avropa çempionu, bolqarıstanlı idmançı Radina Tomova dopinq qəbul etdiyinə görə 3 il müddətinə diskvalifikasiya olunub. Bu barədə Bolqarıstanın Antidopinq Mərkəzinin saytında məlumat verilib.

Mənbənin sözlərinə görə, Tomovanın dopinq-testində qadağan olunmuş diuretik hidroxlortiazid aşkarlanıb.

Diskvalifikasiya müddəti üç il olacaq və 2027-ci il oktyabrın 1-dək davam edəcək.

19 yaşlı Tomova üçqat dünya çempionudur. 2022-ci ildə o, çoxnövçülükdə qrupda, lent və toplarla məşqlərdə, 2023-cü ildə isə komanda turnirinin qalibi olub. 2023-cü ildə Bolqarıstandan olan gimnast çoxnövçülük və komanda hesabında Avropa çempionu, həmçinin halqa ilə hərəkətlərdə gümüş medal qazanıb.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Gimnastika İttifaqının nəticələri dəyişdirmək məsələsində günahı sübut edilmişdi.

Shares: