Bu gün Misli Premyer Liqasında 24-cü tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
“Neftçi” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Turnir cədvəlində qonşu olan komandaların “Neftçi Arena”da baş tutacaq görüşünü Tural Qurbanov idarə edəcək.
“Araz-Naxçıvan” – “Səbail” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək. “Şamaxı” – “Turan Tovuz” və “Zirə” – “Kəpəz” matçları isə bazar gününə təsadüf edəcək.
Misli Premyer Liqası
24-cü tur
21 fevral
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
“Neftçi Arena”, 19:00.