Qadın futbolçulardan ibarət Monteneqro yığmasının kapitanı Slacana Bulatoviç UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı keçiriləcək I turun oyunu barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu Bakıya iddialı gəldiklərini bildirib.
Əvvəlki seçmə mərhələ matçlarında millimizə məğlub olduqlarını xatırladan Bulatoviç bu dəfə əksini həyata keçirməyə çalışacaqlarını deyib: “Daha yaxşısını edə biləcəyimizi və güclü olduğumuzu göstərmək üçün yüksək motivasiyamız var. Rəqib çox aqressivdir, onlarda bizdə olmayan “futbol təkəbbürü” var. Bu seqmentdə onlarla yarışmaq üçün əlimizdən gələni etməliyik. Bəzi nəticələr qazandıqda daha çoxunu gözləmək və istəmək normaldır. Biz bu dövrədə böyük şeylər gözləyirik. Qarşıya qoyduğumuz hədəflərə çatmağa hazırıq”.
Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Monteneqro oyunu saat 15:00-da başlayacaq.