Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Mərasim saat 15:00-da başlayacaq.
Yarışın yeni formatına uyğun olaraq, komandaların potensial rəqibləri əvvəlcədən bəlli olur. Belə ki, hər komandanın qarşılaşması mümkün olan minimum iki komanda var – məhz onlardan biri rəqib kimi düşəcək.
PSJ-nin mümkün rəqibləri: “Liverpul”, “Barselona”
“Benfika”nın mümkün rəqibləri: “Liverpul”, “Barselona”
“Liverpul”un mümkün rəqibləri: PSJ, “Benfika”
“Barselona”nın mümkün rəqibləri: PSJ, “Benfika”
“Brügge”nin mümkün rəqibləri: “Lill”, “Aston Villa”
“Borussiya”nın mümkün rəqibləri: “Lill”, “Aston Villa”
“Lill”in mümkün rəqibləri: “Brügge”, “Borussiya” Dortmund
“Aston Villa”nın mümkün rəqibləri: “Brügge”, “Borussiya” Dortmund
“Real”ın mümkün rəqibləri: “Atletiko”, “Bayer”
“Bayern”in mümkün rəqibləri: “Atletiko”, “Bayer”
“Bayer”in mümkün rəqibləri: “Real”, “Bayern”
“Atletiko”nun mümkün rəqibləri: “Real”, “Bayern”
PSV-nin mümkün rəqibləri: “Arsenal”, “İnter”
“Feyenoord”un mümkün rəqibləri: “Arsenal”, “İnter”
“Arsenal”ın mümkün rəqibləri: PSV, “Feyenoord”
“İnter”in mümkün rəqibləri: PSV, Feyenoord”
1/8 finalın oyunları 4-5 və 11-12 martda olacaq.