Əlverişsiz hava şəraitinə baxmayaraq, Misli Premyer Liqasında mübarizə davam edəcək. 24-cü turun bu həftə keçirilməsi nəzərdə tutulan oyunlarının hansınınsa təxirə salınması gözlənilmir.

Peşəkar Futbol Liqasının (PFL) mətbaut sözçüsü Sənan Abdullayevin futbolinfo.az saytına verdiyi açıqlamaya görə, oyunların baş tutması üçün bütün tədbirlər görülür: “Turun oyunlarının keçiriləcəyi bütün stadionlar diqqət mərkəzindədir. İlk növbədə təbii ki, bu gün “Neftçi” – “Sumqayıt” oyununun baş tutacağı “Neftçi Arena”ya xüsusi diqqət yönəldilib. Ot örtüyünə düşmüş qarın hündürlüyü çox deyil. Yalnız cüzi buzlama var və yumşalması gözlənilir. Ardından texnikalar işə düşəcək və oyuna qədər hər şeyin qaydasında olmasına, hazır vəziyyətə gətirilməsinə çalışılacaq. Bütün klublara qırmızı toplar da təqdim olunub. Hər bir komanda diqqət mərkəzindədir. Hər hansı müraciət olan kimi operativ şəkildə dəstək veririk. Şamaxıda yağan qarın hündürlüyü daha çoxdur. Amma bunu təxmin etdiyimizdən daha öncədən AFFA və klubla koordinasiyalı şəkildə çalışmışıq, texnikanın sayı artırılıb. Bu dəqiqə işlərimiz hər hansı problemin olmaması yönündə sürətli şəkildə davam edir. Fors-major hal olarsa, təbii ki, ictimaiyyətə məlumat veriləcək”.

Shares: