ABŞ-nin Boston şəhərində “Dörd Millət Turniri”nin final qarşılaşması baş tutub. Həlledici oyunda ABŞ və Kanada hokkeyçiləri üz-üzə gəlib.

Görüşün əsas vaxtında qalib olmayıb. Kanada millisi overtaymda qələbə qolunu vurub – 3:2.

Qaliblər arasında Natan MakKinnon və Sem Bennet fərqlənib. Əlavə vaxtda Konnor Makdevid qələbə qolunu vurub. Meydan sahiblərinin qollarını hücumçu Bredi Tkaçuk və müdafiəçi Ceyk Sanderson vurub. Ulduz hokkeyçi Oston Metyus bu matçda iki məhsuldar ötürmə edib.

Shares: