“Red Bull” fevralın 18-də Londonda baş tutan Formula 1 komandalarının ümumi təqdimatında ictimaiyyətə yeni avtomobilə həsr olunmuş videoçarx təqdim edib. Bir çox komanda bu şəkildə təqüdimat gerçəkləşdirib, lakin Avstriya təmsilçisinin videosu ən uzunu kimi diqqət çəkib.

ESPN-in məlumatına görə, komandanın 7 dəqiqəlik təqdimatı 1 milyon dollara başa gəlib.

Xatırladaq ki, təqdimat zamanı komanda lideri Kristian Horner bəzi azarkeşlər tərəfindən fitə basılıb.

2024-cü il mövsümündə “Red Bull” ardıcıl iki qələbədən sonra Mühəndislər kubokunda yalnız üçüncü yeri tutub.

Shares: