Snuker üzrə yeddiqat dünya çempionu Ronni O’Sallivan fevralın 23-dən martın 1-dək Çinin Yuşan şəhərində keçiriləcək “Weide Cup World Open” turnirində iştirakdan imtina edib. Bu barədə “Daily Record” məlumat yayıb.

İngiltərəli bilyard ustası artıq ardıcıl 3-cü turnirdə oynamaqdan imtina edir. Bundan əvvəl o, “Welsh Open” və “Masters” turnirindən çəkilmişdi. Bu yarışlardan imtinanın səbəbi səhhətlə bağlıdır.

“Üç həftəlik xarici səfərdə idim. Çox oynadım. Düşünürəm ki, özümü yormuşam. Bu mənim üçün ciddi təzyiqdir. Ona görə də oynamaq artıq mümkün deyil”, – deyə əfsanəvi idmançı qeyd edib.

Shares: