Ağdaş Olimpiya İdman Kompeksində güləş üzrə U-15, U-17 yaş kateqoriyasında açıq region turniri keçirilib.
Ağdaş rayonu üzrə gənclər və idman sektorun təşkilatçılığı ilə reallaşan turnirin keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclər arasında güləşi təbliğ etmək, onlarda bu idman növünə marağın artırılması olub.
Yarışda 70 güləşçi mübarizə aparıb. Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, növbəti region yarışı gələn ay Göyçay şəhərində keçiriləcək.
BƏHRUZ MUSAYEV