Zərdab şəhər 1 saylı məktəb-liseyin idman zalında orta ümumtəhsil məktəblərinin V-VII sinif şagirdləri arasında minifutbol üzrə rayon turniri keçirilib.
Zərdab rayonu gənclər və idman sektorunun, eləcə də təhsil sektorunun birgə təşkilatçılığı ilə reallaşan turnirdə 10 komanda qalib adı uğrunda mübarizə aparıb.
Yarışın sonunda ilk üçlükdə qərar tutan komandalar müəyyənləşib:
I yer. Şəhər 3 saylı tam orta məktəbin komandası
II yer. Gəlmə kənd tam orta məktəbin komandası
III yer. Şəhər 1 saylı məktəb-liseyin komandası
Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən kubok, diplom və medallarla təltif olunublar.
BƏHRUZ MUSAYEV