MBA-da bu gecə iki oyun baş tutub. Hər iki qarşılaşmada veteranlar əsas söz sahibi olublar.
Kaliforniyada keçirilən derbidə “Sakramento Kinqs” ilə “Qolden Steyt Vorriors” üz-üzə gəlib. Görüşün qəhrəmanı Demar Derozan olub. Onun aktivində 36 xal var. Lakin buna baxmayaraq “Sakramento Kinqs” məğlub olub – 108:132. Qonaq komandanın heyətində Mudi 22,Karri 20 və Batler 17 xal toplayıb.
Digər oyunda “Dallas Maveriks”lə “Nyu-Orlean Pelikans” qarşılaşıb. Luka Donçiçin gedişindən sonra əsas ümid olan Kayri İrvinq komandasına qələbə qazandırıb – 111:103. Onun aktivində 35 xal var. “Pelikans”da Vilyamson 29 xal toplayıb.