İtaliyanın “Ferrari” komandasının 40 yaşlı pilotu Lyuis Həmilton Formula 1-də qarşıdan gələn mövsüm üçün hədəfini açıqlayıb.
“Bu, mənim üçün yeni təcrübədir. “Ferrari” ilə çempionluq qazanmaq mənim əsas hədəflərimdən biridir. Səkkizinci titulla bağlı heç bir fikrim yoxdur. Sadəcə düşünürəm ki, bu, “Ferrari”nin uzun müddətdən sonra qazanacağı ilk çempionluq olacaq. Skuderiya, sözsüz ki, dəfələrlə Formulada çempion olub. Amma bu mənim komandanın tərkibində ilk mövsümümdür, ona görə də çempionluğu qazanmağa öz töhfəmi vermək istərdim. Mən onlara bu məqsədə çatmaqda kömək etmək istəyirəm”, – deyə ingiltərəli pilot qeyd edib.
Xatırladaq ki, yeddiqat dünya çempionu “Ferrari”nin heyətində ispaniyalı Karlos Saynsı əvəz edib.