Məşhur xəbər saytı “Goal” 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra Çempionlar Liqasında qələbəyə əsas iddiaçıların yenilənmiş reytinq cədvəlini təqdim edib.
“Goal”a görə, Çempionlar Liqasının əsas 10 favoriti bunlardır:
Barselona
Real
Liverpul
İnter
Bayer
Atletiko
Bayern
PSJ
Arsenal
Aston Villa
“Barselona” Çempionlar Liqasının 1/8 finalında “Benfika” ilə qarşılaşacaq. “Real” eyni şəhərdən olan “Atletiko” ilə, “Liverpul” isə PSJ ilə üz-üzə gələcək.
Turnirin bu mərhələsinin ilk oyunları martın 4-5-də, cavab oyunları isə 11-12-də baş tutacaq.