İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola cari mövsüm başa çatdıqdan sonra komandanı tərk etmək niyyətindədir. Bu barədə “Footmercato”nun jurnalisti Xosep Pedrerol xəbər verib. Onun sözlərinə görə, mütəxəssis digər komandalardan təklif gözləyir.

Mənbənin məlumatına görə, ispan çalışdırıcı ötən yay İngiltərə Premyer Liqasını tərk etmək niyyətində idi. Qvardiola İngiltərə yığmasına rəhbərlik etməyi planlaşdırsa da, bu vəzifəyə alman mütəxəssis Tomas Tuxel təyin olundu.

“Mançester Siti”nin baş məşqçisi karyerasını davam etdirmək üçün heç bir seçimi qalmadığı üçün klubda qalmaq qərarına gəldi. Jurnalistin fikrincə, Xosep planlarını dəyişməyib və hələ də “Mançester Siti”dəki hekayəsini tamamlamağa hazırlaşır.

Shares: