Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 12-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, turun son oyun günündə 1 matç baş tutacaq.
“Gəncə” “Milli Aviasiya Akademiyası” ilə qarşılaşacaq. Görüş Gəncə İdman Sarayında keçiriləcək.
Turun fevralın 19-da keçirilən oyunlarında “Abşeron” UNEC-ə 3:0 (25:4, 25:13, 25:12), “Azərreyl” “Murov Az Terminal”a 3:1 (25:18, 25:23, 20:25, 25:21) hesabı ilə qalib gəlib.
Yüksək Liqa
12-ci tur
22 fevral
14:30. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
Gəncə İdman Sarayı