“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Kevin de Bruyne haqqında danışıb. O, belçikalı yarımmüdafiəçinin gələcək karyerası ilə bağlı özünün qərar verməli olduğunu deyib.
Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis müqaviləsi mövsümün sonunda bitəcək oyunçunun qərarına təsir etmək niyyətində deyil: “Onun artıq qərar verməsi lazımdır. Qalacaqsa, yeni müqavilə bağlamalı, gedəcəksə, bunu bəyan etməlidir. Özünə qarşı dürüst olmalıdır. Nə hiss etdiyni müəyyənləşdirməli, imkanlarınıdəyərləndirməlidir. Yayda 34 yaşı olacaq və David Silva, eləcə də digər veteranlar kimi davranmalıdır”.
Qvardiola yayda “şəhərilər”in heyətini ciddi şəkildə dəyişmək istəyir. O, heyəti tamamilə yeniləmək niyyətindədir. Bu səbəbdən Kevinin gedişini arzulayır. 2015-ci ildən Mançesterdə olan belçikalının bir neçə ciddi təklifi var.