Xosep Qvardiola yayda “Mançester Siti”nin heyətini daha diqqətlə formalaşdırmaq istəyir. “Şəhərlilər”in baş məşqçisi bu barədə son müsahibəsində danışıb.
Futbolinfo.az xəbər verir ki, ispan çalışdırıcı zədələrin bolluğuna görə məyusdur: “Transferlərdə bəzi nüanslara diqqət yetirməliyik. Bunlardan birincisi futbolçuların karyerası boyunca necə zədələnməsi və sağalmaq üçün nə qədər vaxt sərf etməsidir. Hansı futbolçuların üç gündən bir oynamağa tab gətirdiyini aydınlaşdırmalıyıq. Əks halda, bu mövsümdə başımıza gələnlər təkrarlana bilər. Daimi döyüşkən heyətə sahib olmalıyıq”.
Qvardiola yeni transferləri vacib sayır: “Yeni transferlər mütləq olmalıdır. Lakin əlimizdəki futbolçuları saxlamağı da bacarmalıyıq. Yayda Klublararasl Dünya Çempionatı var. Ardınca ağır mövsüm bizi gözləyir. Çox geniş və bacarıqlı heyətə sahib olmalıyıq”.