MBA-da bu gecə keçirilən oyunlar arasında “Los Anceles Leykers” – “Dallas Maveriks” qarşılaşmasını (107:99) qeyd etmək lazımdır.
Luka Donçiç yeni komandasının heyətində ilk tripl-dablına imza atıb. Maraqlıdır ki, bu hadisə onun keçmiş komandasına qarşı oyunda olub. Lebron Ceymsin də aktivində dabl-dabl var. Görüşün ən məhsuldar oyunçusu isə 35 xal toplayan dallaslı Kayri İrvinq olub.
Alperen Şengünün komandası evdə “Miluoki Baks”ı qəbul edib. Yannis Antetokumbo oyunda 28 xal və 10 ribaundla yadda qalıb. Alperenin aktivində isə 24 xal və 11 ribaund var. Görüş Hyuston təmsilçisinin qələbəsi ilə başa çatıb – 100:97.
“Boston” səfərdə “Toronto Reptors”u 111:101, “Klivlend Kavalers” isə “Orlando Mecik”i 122:82 məğlub edib. Qərb konfransında liderlərdən olan “Memfis Qrizliz” overtaymda “Finiks Sans”ı üstələyib – 151:148.