“Böyük Dəbilqə” tunrnirlərinin üçqat çempionu, dünyanın bir nömrəsi, italyan tennisçi Yannik Sinner Milanda keçirilən Moda Həftəsinin qonağı olub. Tennisçi “Gucci” brendinn yeni kolleksiyasının təqdimatında  iştirak edib.

Sinner “Vogue” moda jurnalının baş redaktoru Anna Vinturla birlikdə şəkil çəkdirib.

Xatırladaq ki, 2022-ci ilin iyul ayında Sinner İtaliyanın “Gucci” moda evinin səfiri olub. O vaxtdan bəri Yanniki tez-tez moda nümayişlərində və digər brendlərin tədbirlərində görmək mümkün olub.

Sinner hazırda yarışlarda iştirak etmir. O, Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə qarşılıqlı razılaşma əsasında 3 ay müddətinə idmandan uzaqlaşdırılıb.

776cd281 b3e0 412b 85bf 1580241f116c - Futbolinfo.az
Shares: