Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar AFFA rəhbərliyi Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Futbolinfo.az xəbər verir ki, abidəni ziyarət edənlər arasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və digər əməkdaşlar olublar.

Onlar “Ana harayı” abidəsinin üzərinə əklil qoyublar.

f576236e f5d0 419e 9927 4740268c9bb2 - Futbolinfo.az
Shares: