“Atletiko” heyətini gücləndirməyi planlaşdırır. Madridlilər yayda yarımmüdafiənin mərkəzinə yeni oyunçu cəlb edəcək.
Futbolinfo.az xəbər verir ki, ilk hədəf Mateo Kovaçiçdir. “Mançester Siti”nin vidalaşmaq istədiyi xorvat Madridə qayıtmağa hazırdır. Vaxtilə “Real”da oynamış Kovaçiçə görə “Atletiko” 30 milyon avro xərcləyə bilər.
Mateonun alternativi də var. Bu keçid reallaşmasa, İspaniya klubu “Atalanta” dan Edersonu heyətinə qatmağa çalışacaq.