“Betis”in futbolçusu Antoniyə göstərilən qırmızı vərəqə ləğv olunub. O, İspaniya La Liqasının növbəti turunda “Real”a qarşı forma geyinə biləcək.

25 yaşlı hücumçu 25-ci turda “Xetafe” ilə qarşılaşmanın son dəqiqələrində meydandan qovulub. La Liqada aparılan araşdırmadan sonra qırmızı vərəqənin ləğvinə qərar verilib. “Mançester Yunayted”dən icarəyə götürlən futbolçu 2:1 hesabı ilə başa çatan görüşdə bir ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, braziliyalı “Betis”in heyətində 6 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Shares: