Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Trabzonspor” “Rizəspor”a qalib gəlməklə qrup birincisi kimi 1/4 finala çıxıb. “İskenderunspor” isə “Fatih Karagümrük”ə üzərində qələbə ilə ikinci yeri tutub və növbəti mərhələyə yüksəlib.

Bu gün həm də C qrupunda “Çorum”la “Boluspor”un görüşü baş tutub. Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Çorum” digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandasına 2:1 hesabıyla qalib gəlib. Futbolçularımız bu görüşün iştirakçısı olmayıblar.

Türkiyə kuboku
26 fevral

A qrupu

Ankaragücü – Alanyaspor 1:1
Qollar: Rotariu, 66 – Kordova, 48.

Fatih Karagümrük – İskenderunspor 1:2
Qollar: M.Mert, 50-pen – U.Zəngin, 5. E.Polat, 7.

Trabzonspor – Rizəspor 5:2
Qollar: Lundstram, 14. Vişça, 41. Mendi, 45. M.Çam, 59. Banza, 83 – Yureçka, 63-pen. Hoyer, 89.

Xallar: Trabzonspor – 7. İskenderunspor – 5. Alanyaspor – 4. Rizəspor – 3. Fatih Karagümrük – 3. Ankaragücü – 2.

C qrupu

Çorum – Boluspor 2:1
Qollar: T.Rençber, 41. A.Gülər, 77 – A.İşık, 47.

Xallar: Konyaspor – 6. Qalatasaray – 4. Başakşəhər – 4. Eyüpspor – 3. Çorum – 3. Boluspor – 90.

Shares: