İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Yuventus” evdə “Empoli” ilə qarşılaşıb. “Empoli” rəqibini penaltilər seriyasında məğlub edərək sonuncu yarımfinalçı olub.
Daha öncə “İnter”, “Bolonya” və “Milan” da yarımfinala yüksəlmişdilər. “İnter” yarımfinalda “Milan”la, “Empoli” isə “Bolonya” ilə üz-üzə gələcək.
İtaliya kuboku
1/4 final
26 fevral
Yuventus – Empoli 1:1 (penaltilər 2:4)
Qollar: K.Türam, 66 – Male, 24.