Almaniya kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Leypsiq” evdə “Volfsburq”la qarşılaşıb və çətin qəlbə sayəsində yarımfinala yüksəlib.

Daha öncə “Ştutqart”, “Bayer” və “Arminiya” da yarımfinala vəsiqə qazanmışdılar.

Yarımfinal cütləri martın 2-də bəlli olacaq.

Almaniya kuboku
1/4 final

26 fevral

Leypsiq – Volfsburq 1:0
Qol: Şeşko, 69-pen.

Shares: